SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

21.02.2019-cu il tarixində Gənclər kitabxanasında Prezident İlham Əliyevin görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında sərəncamının icrasını təmin etmək məqsədilə "Dahilik abidəsi” adlı informasiya saatı keçirilmişdir. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova Akademikin Azərbaycan ədəbiyyatındakı mövqeyindən söz açdı. Qeyd etdi ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır. S.Əbdürrəhmanova xüsusilə vurğuladı ki, məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda ölkənin mədəni-ictimai həyatında yaxından iştirak etmişdir.