SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Şeir dəqiqələri
21.02.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin 155 illik yubileyi münasibətilə “Üç rəngli bayrağımız” adlı şeir dəqiqələri keçirildi. Kitabxananın multimedia mütəxəssisi Qənimə Baqişova tədbir iştirakçılarına bütün ömrünü türkçülük və Turançılıq ideyalarını yaymağa həsr edən Ə. Hüseynzadənin həyatı, fəaliyyət və yaradıcılığı barədə məlumat verərək, onun bugünkü üçrəngli bayrağımızın yaradılmasında verdiyi töhfələrdən söz açdı. O öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışan Əli bəy Hüseynzadənin əsərləri və haqqında yazılmış kitabları və dövri mətbuat materiallarını özündə əks etdirən kitab sərgisi haqqında qısa xülasə verdi. Sonra 4 nömrəli tam orta məktəbin 2K sinif şagirdlərindən Hüseyn Rəhimli, Aytən Qarayeva, Tamerlan Qarasoy, Nigar Babazadə, Rəhilə Ağazadə Odlar Yurdu Azərbaycanımızın keşməkeşli yollarını əks etdirən, anaların göz yaşının, şəhidlərimizin axan qanının, qəhrəmanlarımızın döyüş mübarizəsinin, eyni zamanda körpələrin ümid dolu gələcəyinin ifadəsi olan üçrəngli bayrağımıza həsr edilmiş şeirlər söylədilər. Sonda ikincilərin ibtidai sinif müəlliməsi Gülrux Baxşıyeva milli bayrağımızdakı rənglər simvolikasının müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin mücahidi Əlibəy Hüseynzadənin rəssamlıq fəaliyyəti haqqında qısa məlumat verdi.