SumgaitLibrary

+994 186520087


Ədəbi kompozisiya

19.02.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi 15 saylı məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Mənim dilim bütövcə bir şeirdi” adlı ədəbi kompozisiya keçirmişdir. Tədbir 15 saylı məktəbin 2-ci sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə 21 fevral - Beynəlxalq ana dili günü haqqında geniş məlumat verərək Azərbaycan dilinin dərin tarixi köklərindən, məna dolğunluğundan, estetik gözəlliklərindən, xalqın həyatı və klassik ədəbiyyatımızla vəhdət təşkil edən xüsusiyyətlərindən bəhs etdi. Sonra şağirdlər doğma ana dilimizə həsr edilmiş müxtəlif şeirlər söylədilər.