SumgaitLibrary

+994 186520087


Oxu günü

15.02.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları 14 saylı orta məkdəbdə “Sənətkar əbədiyaşarlığı İsmayıl Şıxlı-100” adlı oxu günü keçirdi. Tədbir keçirilən zalda İsmayıl Şıxlının əsərləri, həyat və yaradıcılığını əks etdirən kitab və dövrü mətbuatdan sərgi təşkil edilmişdi. Tədbiri məktəbin ədəbiyyat müəlliməsi Xalidə Pirkişiyeva açaraq yazıçının həyat və fəaliyyətindən danışdı. 9d sinif şagirdləri “Namərd gülləsi” hekayəsinin qisa məzmununu təhlil etdilər, “Dəli Kur” romanından bir səhnəcik göstərdilər. Oxu zalının əməkdaşı Abbasova Sabirə təşkil olunmuş sərgi haqqında şagirdlərə məlumat verdi, görkəmli ziyalıların İsmayıl Şıxlı haqqında fikirlərini söylədi.