SumgaitLibrary

+994 186520087


Diskussiya

14.02.2019-cu il tarixində Dövrü Mətbuat şöbəsində İSESKO-nun 2019 - cu ili “İslam mədəni irsi ili” elan edilməsi ilə əlaqədar “İslamda qadınların hüquqları“ adlı diskussiya təşkil edilmişdir. Dövrü Mətbuat şöbəsinin müdiri Həsənova Sədaqət İslamda Kişi – qadın , qara – ağ, güclü –zəif, yoxsul – varlı olmasından asılı olmayaraq, əsil –nəcabət , millət fərqi qoymadan hər kəs şərəfli, heysiyyatlı, ləyaqətli və bir varlıq olaraq hörmət edilməyə layiq görülməsindən söhbət açdı. Məhəmməd Peygəmbər qadınlar haqqında gözəl kəlamlar söyləmişdir. ”Qadının hüququ müqəddəsdir. Ona görə də onların haqlı hüquqlarını özlərinə tapşırın”. İkinci bir kəlamda deyilir. ”Dünyanın ən yaxşı məxluqu dindar, namuslu qadındır”.