SumgaitLibrary

+994 186520087


Ekskursiya

13.02.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar 11 nömrəli tam orta məktəbin 3A sinif şagirdlərinin iştirakı ilə Sumqayıt Tarix Muzeyinə ekskursiya etdilər. Şagirdlərin dünyagörüşünün inkişafında, Azərbaycan, xüsusilə doğma şəhərimizin tarixinə və mədəniyyətinə dair biliklərin möhkəmləndirilməsi məqsədilə edilmiş ekskursiya zamanı muzeyin əməkdaşı kiçik elmi işçi Zülfiyyə Fətəliyeva ziyarətçilərə Sumqayıtın şəhər kimi yaranma tarixi, inkişaf mərhələləri və bu günü barədə eksponatlarla tanış etdi, muzeyin yarandığı tarixdən bu günədək fəaliyyəti haqqında məlumat verdi, baxış zamanı şagirdlərin təəccübünə və marağına səbəb olan bir sıra maraqlı tarixi faktlar və eksponatlarla bağlı suallarını cavablandırdı. Ekskursiya iştirakçıları muzeydə qorunan əşyalar, nümayiş olunan sərgilərlə yaxından tanış oldular. Mərkəzi Uşaq Kitabxanasının əməkdaşı Səbinə Qasımova isə Həmid Alıyev tərəfindən Sumqayıtın yaranması, şəhər statusu alması, iri sənaye mərkəzinə çevrilməsi, onun beynəlxalq əlaqələri, Azərbaycan tarixi və iqtisadiyyatında, mədəniyyətində tutduğu mövqeyinin kompleks şəkildə araşdırılmış “Sumqayıt şəhərinin tarixi” adlı monoqrafiyası haqqında ətraflı məlumat verdi.