SumgaitLibrary

+994 186520087


Milli Qəhrəman Günü

12.02.2019-cu il tarixində Gənclər kitabxanasının təşkilatçılığı ilə 16 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin 55-ci ildönümü ilə əlaqədar “Vətənə dönənim” adlı Milli Qəhrəman Günü keçirilmişdir. Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Böyük mütəxəssis Bağırova Rəhilə çıxış edərək, Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, ad günü qeyd edilən Təbriz Xəlilbəylinin də qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirmişdir. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığı nəzərə çatdırılmışdır. Bu igidin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyü vurğulanmışdır.Qeyd olunub ki, Təbriz Xəlilbəyli qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gələn gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.