SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Hekayə axşamı
10.02.2019-cu il tarixində M.Ə.Sabir adına kitabxana filialda görkəmli yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş "Mənəviyyat mənbəyimiz, mənəvi dayağımız “ adlı hekayə axşamı keçirmişdir. Tədbirdə 35 №li məktəbin 6 a sinif şagirdləri iştirak etdilər. Tədbiri kitabxananın müdiri H.Pirimova giriş sözü ilə açaraq Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin və tənqidi realizmin banisi, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadə haqqında məlumat verdi. Sonra tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr edilmiş sərgi ilə tanış oldular. Tədbirin sonunda xatirə şəkli çəkildi.