SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Hekayə saatı
10.02.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 38 saylı tam orta məktəbin 4A sinif şagirdlərinin iştirakı ilə görkəmli yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar “Saqqalı uşaq” hekayəsi əsasında hekayə saatı keçirilmişdir. Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan görkəmli ədibin həyat və yaradıcılığına həsr edilmiş tədbiri kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açaraq Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin və tənqidi realizmin banisi, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadə haqqında məlumat verdi. O, Cəlil Məmmədquluzadəyə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmış ulu öndər Heydər Əliyevin görkəmli ədib və onun “Molla Nəsrəddin” jurnalı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Tədbir öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamış müəllifin yazdığı “Saqqalı uşaq” hekayəsinin ucadan oxunması ilə davam etdirildi. Uşaqlar oxunmuş hekayə ilə bağlı fikirlərini bölüşərək bildirdilər ki, saqqalı bir kişinin uşaqlar kimi divara cızma-qara etməsi həqiqətən gülməlidir, bir insanın öz çörəyini qazana bilməsinə çətinlik yaradacaq qədər bisavad olması acınacaqlı haldır. Son olaraq Səbinə Qasımova bildirdi ki, hər bir uğurlu gələcəyin arxasında bax bu kitablar durur. Əgər biz istəyiriksə gələcəkdə Kəblə Əzim kimilər olamasın deyə ona görə də hər zaman mütaliəmizi artırmalı, kitabalarla sıx ünsiyyətdə olmalı və gələcəyimizi gözəl qurmalıyıq.