SumgaitLibrary

+994 186520087


Görüş

08.02.2019-cu il tarixində N.Gəncəvi adına Kitabxana Klubda Beynəlxalq Nənələr və Babalar Günü ilə əlaqədar “Sinə bayatılı, könül şikəstə” adlı görüş keçirilmişdir. Görüşdə Kitabxana Klubun Veteran Klubunun üzvləri və 28 saylı məktəbin şagirdləri iştirak etmişlər.Tədbirdə Məmməd Namazın, Rafiq Yusifoğlunun, Mir Sabirin “Mənim nənəm” , “Babam qocalıb”, “ Babam “ adlı şeirləri səslənmiş , “Kimin belə nənəsi var” adlı səhnəcik göstərilmişdir. Veteran Klubun həvəskar yazarı Cəmilə xanım “Nənə olmaq istəyirəm” adlı seirini söyləmiş, öz arzularını bildirmişdir.Tarixlərdən süzülüb gələn nənə,baba və nəvə məhəbbəti tədbir boyu özünü göstərmişdir.Tədbirdə iştirak edən nənə və babalar öz ürək sözlərini bildirdilər. Tədbir iştirakçılarin marağına səbəb olmuşdur.