SumgaitLibrary

+994 186520087


Səhərcik

07.02.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 8 fevral Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə 38 saylı məktəbin 4A sinif şagirdlərinin iştirakı ilə “Nənə-baba və baldan şirin nəvələr” adlı səhərcik keçirildi. Nənə və babaların uşaqlar üçün çəkdiyi əziyyəti qiymətləndirmək, onların diqqətdən kənarda qalmadığını göstərmək, eyni zamanda uşaqlara gələcəkdə də bu hörməti qoruyub saxlamağı aşılamaq məqsədilə keçirilən tədbiri bu günün yaranma tarixi, məqsədi, mahiyyəti haqqında məlumatla açan MUK-un böyük mütəxəssisi Nəzakət Əliyeva nənə və babaların ailədə rolu, nəvələrin qayğı və məhəbbətlə əhatə olunmasında, tərbiyəsindəki əvəzsiz rolu haqqında da danışdı. Sonra o, bu gün münasibətilə milli mənəvi dəyərləri, məişət əşyalarını özündə əks etdirən sərgi-guşə haqqında məlumat verdi. Tədbir uşaqların təqdim etdiyi şən mahnılar, rəqslər və kompozisiyalar ilə davam etdi. Dördüncülər “Nənə-babalarımızı niyə sevirik?” adlı videofilmi izlədikdən sonra kitabxananın əməkdaşı Leyla Mahmudovanın “Qoğal” rus nağılı əsasında təqdim etdiyi kukla tamaşasına baxdılar, əl kuklalarının vasitəsilə nənə və babalardan bəhs edən tapmacaları həvəslə cavablandırdılar. Sonda ibtidai sinif müəlliməsi Sevinc İbrahimova tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.