SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
07.02.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə 4 saylı tam orta məktəbin 2K sinif şagirdlərinin iştirakı ilə “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı informasiya saatı keçirilmişdir.Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Mübariz İbrahimovun qısa, lakin qəhrəmanlıqla dolu mənalı ömür yolu, valideynləri, cəbhə yoldaşları və xalqı ilə son təması olan vida məktubu, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə təltif olunduğu (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlər haqqında məktəblilərə ətraflı məlumat verdi. Daha sonra o, iştirakçılara ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan Mübariz İbrahimova həsr edilmiş F.Ləmanın “Təəssüb” kitabı, Rəhilə Elçinin “Milli Qəhrəmanım Vətən qürurum”, Vüqar Əsgərovun “Milli Qəhrəmanlar” kitabları haqqında ətraflı məlumat verərək bildirdi ki, bu kitablarda M.İbrahimovun uşaqlığından tutmuş, son döyüş yoluna qədər olan şərəfli həyat yolu haqqında ətraflı məlumat yazılmışdır. Mübariz İbrahimov davamçıları sayılan Azərbaycan tarixinə “Dördgünlük müharibə” adı ilə düşən,aprel döyüşlərində rəşadət göstərərək qəhrəmanlıq zirvəsinə ucalan milli qəhrəmanlarımız haqqında məlumat verdi. Bu mübarizədə bir çox igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandıracaq. Son söz olaraq çıxış edən 4 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Gülrux Baxşıyeva tədbirin təşkilinə və əhəmiyyətinə görə kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bu gün ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində Milli Qəhrəmanlarımızın böyük rolu olmuşdur. Məhz bu səbəbdən də hər bir azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daim xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bugünkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır! Biz də inanırıq ki, onların müqəddəs ruhları Allah dərgahında mübarək adları ilə xalqımızın qəlbində əbədi yaşayacaq.