SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
06.02.2019-cu il tarixində Gənclər kitabxanasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “Milli kinomuza yeni nəfəs verən sənətkar” adlı informasiya saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxana müdiri Sona Eminova açaraq bu böyük sənətkarın həyat və fəaliyyəti barədə məlumat vermiş, qeyd etmişdir ki, milli kinomuzun inkişafında Tofiq Tağızadənin böyük xidmətləri olmuşdur. 50-ci illərdən başlayaraq o, kinomuzun çox qiymətli nümunələrini yaratmış,1955-ci ildə özünün ilk filmini — “Görüş” kinokomediyasını, 1958-ci ildə isə Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan məşhur “Uzaq sahillərdə” filminə quruluş verir. Bundan sonra T.Tağızadə müxtəlif illərdə “Əsl dost” (1959), “Mateo Falkone” (1961), “Arşın mal alan” (1965), “Mən ki, gözəl deyildim” (1968, A.Quliyev və R.Əsgərovla birgə), “Yeddi oğul istərəm” (1970, Azərbaycan komsomolu mükafatı), “Qızıl qaz” (1972), “Dədə Qorqud” (1975), “Evin kişisi” (1978), “Babamızın babasının babası” (1981), “Bağ mövsümü” (1985), “O dünyadan salam” (1992), “Köpək” (1994) və s. filmlərə quruluş verib.Tofiq Tağızadənin zamanı qabaqlayan sənətkar olduğunu vurğulayan kitabxana müdiri qeyd edib ki, onun yaratdığı sənət əsərlərinin hər biri özünəməxsus dəst-xətti, rejissor yozumu, bədii təsvir həlli, kompozisiyası ilə fərqlənir və bir-birini tamamlayır. Həmçinin kinorejissor bir sıra filmlərdə də aktyor kimi yadda qalan obrazlar yaradıb.