SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

06.02.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Abonement şöbəsi 5 saylı tam orta məktəbdə Y.V. Çəmənzəminlinin hekayələri əsasında kitab müzakirəsi keçirdi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq Y. V. Çəmənzəminlinin yaradıcılığında geniş yer tutan hekayələri haqqında qısa məlumat verməklə vurğuladı ki, müəllifin hekayələrindəki həyatın düzgün təsviri, milli ruhu və milli tipləri realist yazıçı qələminin təsviri sayılırdı. Tədbirdə müəllifin “Bir gözəl aləm”, “Nahaq qan”, “Kamal” hekayələri ətrafında çox maraqlı müzakirə getdi. Tədbirdə eləcə də məktəbin dil-ədəbiyyat müəlliməsi Raisa Həbibova çıxış edərək vurğuladı ki, Azərbaycan ictimai həyatının bir çox səciyyəvi cəhətləri Çəmənzəminlinin hekayələrində öz əksini tapmışdır.