SumgaitLibrary

+994 186520087


Bədii qiraət müsabiqəsi

26 may 2016-cı ildə S. Vurğun adına Mərkəzi kitabxanada Sumqayıt şəhər MKS və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi. Tədbir iştirakçıların birgə ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Müsabiqəni MKS-in direktoru Yeganə Əhmədova açdı. İlk öncə azadlığı şərəfimiz, bayrağı kəfənimiz olan ana vətənin azadlığı yolunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Yeganə xanım tədbir haqqında qısa məlumat verdi və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər bölməsinin sədri, şair Sabir Sarvanın, şairə Gülnarə Camalədinin və S.Vurğun adına Mərkəzi kitabxananın Metodika-biblioqafiya şöbəsinin böyük metodisti Natəvan Axundzadənin təmsil etdiyi münsiflər heyətini iştirakçılara təqdim etdi. Münsiflər heyətinin sədri Sabir Sarvan müsabiqənin şərtləri ilə iştirakçıları tanış etdi. Sumqayıt şəhər MKS-ə daxil olan kitabxanalardan müsabiqəyə qatılmış oxuculardan Nəbiyeva Aytac, Ağayeva Şəfaqət, Bağıyeva İlahə, Həsənli Bəyaz, Abdullayeva Fatimə, Ağayev İlkin, Cavadlı Nərmin və başqalarının ifasında şairlərimizin doğma vətənə, şəhid övladlarımıza həsr olunmuş vətənpərvər ruhlu şeirləri dinlənildi. Münsiflər heyətinin yekun qiymətləndirilməsinə görə S. Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin oxucusu Bağıyeva İlahə müsabiqənin qalibi elan edildi və fəxri fərmanla təltif olundu. Tədbirdə həmçinin aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan övladlarımızın xatirəsinə həsr olunmuş video çarx izlənildi və həvəskar yazarların şeirlərı onların öz ifasında dinlənildi.