SumgaitLibrary

+994 186520087


Görüş

23.05.2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi Kitabxanada Əli Kərim adına Poeziya klubunun və AYB Sumqayıt şöbəsinin təşkilatçılığı ilə “Multikulturalizm ili” çərçivəsində Gürcüstan, Rusiya, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-publisist, tərcüməçi Giya Paçxataşvili ilə görüş keçirildi. Görüş Giyanın 55 illik yubileyinə təsadüf edirdi. Tədbiri giriş sözü ilə Poeziya klubunun direktoru şair İbrahim İlyaslı açaraq Giya Paçxataşvilinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra “Elimiz, Günümüz” qəzetinin təsisçisi və baş redaktoru şair-publisist Qiymət Məhərrəmli qəzetin Giya Paçxataşviliyə həsr olunmuş xüsusi buraxılışı və “Dərviş” kitabı haqqında öz təəssüratlarını bölüşdü və vurğuladı ki, Givi nəinki Azərbaycan ədəbiyyatınınn dostudur, daha dəqiq desək, bu ədəbiyyatın dərvişi, ozanı-külüngçalanıdır həm də. Daha sonra ziyalılardan şair Sabir Sarvan, filoloq-tənqidçi İlham Abbasov, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, jurnalist Rəhman Orxan, filologiya elmləri doktoru Vaqif Yusifli, MKS-in direktoru Yeganə Əhmədova və başqaları çıxış edərək müəllif haqqında öz ürək sözlərini söylədilər. Tədbirdə eləcə də Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şöbəsinin üzvləri də iştirak edirdilər. Cəmiyyətin üzvlərindən Rasim Məmmədov və b. Giya Paçxataşvili haqqında öz fikirlərini söylədilər. Görüşün sonunda müəllif hər kəsə minnətdarlığını bildirdi və öz yeni yaradıcılıq planlarından söz açdı.