SumgaitLibrary

+994 186520087


Müzakirə

12.05.2016-cı il tarixdə M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana filialda Kitab günü münasibətilə hərbi vətənpərvərliyə həsr olunmuş “Vətənpərvərlik-bədii ədəbiyyatda” mözvusunda ədəbiyyatların müzakirəsi keçirildi. Tədbirdə Sumqayıt şəhər Əli Kərim adına poeziya klubunun sədri, şair İbrahim İlyaslı, şairə Xatirə Fərəcli,14 saylı tam orta məktəbin müəlim və şagirdləri, müxtəlif yaş qrupunda olan oxucuları iştirak etdilər. Tədbiri kitabxananın müdiri Qafarova Ofelya açaraq, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rolunu qeyd etdi. Kitab haqqında digər çıxışçılar da olduqca maraqlı fikirlər söylədilər. Onlar bildirdilər ki, İnsan oxuduğu kitablarla kamilləşir, savadlanır, ucalır. Buna görə də biz bildiklərimizə görə kitablara borcluyuq.