SumgaitLibrary

+994 186520087


Kitab günü

12.05.2016-cı ildə Nizami Gəncəvi adına Kitabxana-klubda "Sən də bir kitab oxu!” şüarı altında Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə "Kitab günü” keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd mütaliəyə marağın artırılması, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaqdır. Tədbirdə AYB Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya klubunun nümayəndələri, şəhər kitabxanalarının və mədəniyyət müəssisəlrinin kollektivləri iştirak edib. Gün ərzində keçirilən silsilə tədbirlərdə tanınmış yazarlarla görüş, imza mərasimləri, flaşmob, balaca oxucular üçün "Cik-cik xanım” və "Cırtdan” nağılları əsasında hazırlanmlş tamaşalar, əyləncəli viktorinalar, Azərbaycan və dünya xalq nağılları əsasında ucadan oxu maraqla qarşılanıb. Tədbirdə Nizami Gəncəvi adına kitabxana klubun rəsm dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri, "Dostluq” mədəniyyət evinin dram dərnəyi üzvlərinin ifasında göstərilən səhnəciklər tədbir iştirakçları tərəfindən maraqla qarşılanıb. Tədbirdə həmçinin kitabxanaların fəal oxucuları Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi, S.Vurğun adına Mərkəzi kitabxana tərəfindən fəxri fərmanla təltif olunub. Qeyd edək ki, tədbirdə müxtəlif elm sahələrini əks etdirən kitabların sərgisi, həmçinin, nəşriyyatların kitab satışı təşkil olunub.