SumgaitLibrary

+994 186520087


Məruzə

02.02.2019-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə Azərbaycan Gəncləri günü ilə əlaqədar “Dövlətçiliyin və Müstəqilliyin etibarlı təminatçıları” adlı məruzə keçirilmişdir. Tədbirdə çıxış edən multimedia mütəxəssisi Sürəyya Əbdürrəhmanova əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral - Gənclər gününün tarixindən danışdı. O, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, çox saylı dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramlarının təsdiq edilməsi ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğısı olduğunu bildirib. S.Əbdürrəhmanova, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çox saylı tədbirlər haqqında danışaraq, çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almaları, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmaları ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətinin bir hissəsi olduğunu qeyd edib.