SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

01.02.2019-cu il tarixində İncəsənət şöbəsi Məhəmməd Əsədov adına İTİT Gimnaziyada Azərbaycan milli istiqlal hərəkatının banisi Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubileyi ilə əlaqədar informasiya saatı keçirdi.Tədbiri İncəsənət şöbəsinin multimedia mütəxəssisi Əliyeva Cəmilə açaraq, Azərbaycan tarixinin görkəmli və böyük şəxsiyyətlərindən biri olan M.Ə.Rəsulzadənin həyatı,siyasi fəaliyyəti haqqında geniş məlumat verdi.Qeyd etdi ki, onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycan xalqının azadlıq hərəkatının devizinə çevrilmişdir. Sonda şöbənin əməkdaşı M.Ə.Rəsulzadənin həyat və fəaliyyətini özündə əks etdirən sərgi ilə tədbir iştirakçılarını tanış etdi.