SumgaitLibrary

+994 186520087


Səyyar sərgi

01.02.2019- cu il tarixində S. Vurğun adına Mərkəzi kitabxananın xidmət şöbəsinin əməkdaşları Sumqayıt Asan Xidmət Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə “Gənclər gələcəyin qarantıdır” adı altında səyyar sərgi təşkil etdilər. Sərgidə bütün elm sahələrini əks etdirən kitablar nümayiş edilirdi. Sərgidə nümayış olunan kitablar mərkəzə gələn şəhər əhalisinin, Asan Xidmətin işçilərinin, mərkəzdə çalışan könüllülərin böyük marağına səbəb oldu. Növbə gözləyən insanlardan bəziləri vaxtlarının səmərəli keçməsi üçün, mütaliə belə etdilər. Təşkil olunan sərgi böyük marağa səbəb oldu. Kitabxananın əməkdaşları tədbir iştirakçılarına kitabxanaya gəlməklərini, kitabxanadan istifadə etməyi tövsüyyə etdilər. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.