SumgaitLibrary

+994 186520087


Mühazirə

01.02.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda xalq rəssamı Hüseynqulu Əliyevin 70 illiyinə həsr olunmuş “Fırçaların dili ilə” adlı mühazirə keçirilmişdir. Mühazirə Nizami Gəncəvi adına Kitabxana Klubda fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdləri üçün təşkil olunmuşdur. Multimedia mütəxəssisi Sadıxova Ayna rəssamın həyatı, fəaliyyəti, yaradıcılıq yolu haqqında şagirdlərə geniş məlumat vermişdir. Mühazirə balaca rəssamlar tərəfindən maraqla qarşılandı.