SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

31.01.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 16 saylı orta məktəbin 7A sinif şagirdlərinin iştirakı ilə Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi, şair, əməkdar incəsənət xadimi Əli Tudənin 95 illiyinə həsr olunmuş “Azadlıq şairi Əli Tudə” adlı ədəbiyyat saatı keçirildi. Tədbirdə çıxış edən kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əli Tudənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Səbinə Qasımova poeziyasında Vətən və ayrılıq motivləri üstünlük təşkil edən Əli Tudənin uşaqlar üçün yazdığı ana, Vətən, təbiət, məhəbbət, dostluq, birlik, azadlıq, insanpərvərlik kimi nəcib bəşəri duyğulardan bəhs edən silsilə şeirlərini də nəzərə çatdırdı. O, şimallı və cənubu Azərbaycanımızın sevilən şairinin, ömrü boyu azadlıq duyğuları ilə, cənub həsrəti ilə yaşayıb yaratmış söz sənətkarının məhəbbətdən, təbiətdən, sadə insanlardan bəhs edən kitablarının da qısa xülasəsini verdi.Daha sonra çıxış edən 16 saylı məktəbin kitabxanaçısı Südakət Əliyeva şeirlərinin, poemalarının, hekayə və povestlərinin qəhrəmanlarının əksəriyyətini sadə insanlar təşkil edən Əli Tudənin Azərbaycan ədəbiyyatında silinməz izlər qoymuş şair kimi xarakterizə etdi. Çıxışlardan sonra şagirdlərin ifasında şairin yaradıcılığından şeirlər səsləndirildi.Sonda şairin həyat və yaradıcılığından bəhs edilən videoçarx izlənildi.