SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

30.01.2019-cu ildə Mərkəzi Kitabxananın İncəsənət şöbəsi Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əli Tudənin 95 illik yubleyi müasibəti ilə General Məhəmməd Əsədov adına İTİT Gimnaziyada “Kəndimizi istəyirəm” adlı informasiya saatı keçirdi. Tədbiri İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq qeyd etdi ki, Əli Tudə quzeyli-güneyli Azərbaycanımızın sevilən şairlərindən biri olub,ömrü boyu azadlıq duyğuları, güney həsrətilə yaşayıb-yaratmış söz sənətkarlarımızdandır.Sonra o, şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi, şeirlərindən nümunələr səsləndirdi. Sonda uşaqların ifasında Əli Tudənin “Koroğlu”, “Atalar sözü”, “Torpaq”, “Ömür-arzu”və başqa şeirləri dinlənildi.