SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

26.01.2019-cu il tarixində Gənclər kitabxanasında Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Aşıq Ədalət Nəsibovun 80-cı ildönümü ilə əlaqədar “Azərbaycan aşıq sənətinin son mogikanı-aşıq Ədalət” adlı informasiya saatı keçirilmişdir.Tədbiri giriş sözü ilə açan böyük mütəxəssis Bağırova Rəhilə aşıq məktəbinin ustad aşığı olan Aşıq Ədalət Nəsibovun yaradıcılığı haqqında ətraflı məlumat verdi.Qeyd etdi ki, Azərbaycan aşıq sənətinin zirvələrindən biri olan aşıq Ədalət Nəsibov aşıq sənətinin inkişafında, sazın təkmilləşməsində, başlıcası isə milyonlarla insanın qəlbində saza tükənməz sevgi yaradan nəhəng sənətkardır. O, sazı çalanda hətta aşıq sənətinə marağı olmayan adam belə məcbur olub ona qulaq asırdı. Çünki aşıq Dədə Ədalət sazı təkcə çalmır, onu yana-yana danışdırırdı. Vurğuladı ki, 60 ildən çox Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərən Dədə Ədalət bu gün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun sazı, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq. Xalq nə Ədaləti, nə də onun sazının qüdrətini heç zaman unutmayacaq. Tədbirin sonunda aşıq Ədalətin “Kərəm gözəlləməsi” dinlənildi.