SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

26.01.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında N.Tusi adına 12 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə Sumqayıtın 70 illiyinə həsr olunmuş ”Sözdən incə, kəsərli heç nə yoxdur həyatda” mövzusunda biblioqrafik xülasə keçirilmişdir. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Qənimə Baqişova qızıl hərflərlə yazılmış söz salnaməsi, əlamətdar hadisələrlə, əfsanələrlə keçmişi olan Sumqayıt şəhərinin yaranma tarixi, şəhərin inkişaf mərhələləri, Azərbaycan tarixi və iqtisadiyyatında, mədəniyyətində tutduğu mövqeyi haqqında qısa məlumat verdi. Sonra Sumqayıta həsr olunmuş “Heydər Əliyev və Sumqayıt”, T. Əliyev “Sumqayıtın qan yaddaşı”, ”Corat:Qloballaşan dünyanın daş yaddaşı”, “Prezident Sumqayıt məktəblilərinin gözü ilə”; L.Qasımzadə “Sumqayıt veteranlarının şərəf salnaməsi-70 ”, “Sumqayıt:2003-2013: Hədəflər. İnkişaf. Nəticələr”, Eyruz Məmmədovun “28-dən 29-na keçən gecə”, “Mədəniyyətin tərəqqi ünvanı Sumqayıt”, “Sumqayıt gəncləri 1995-2005-ci illərdə” və “Sumqayıt gəncləri 2006-2010-cu illərdə”, “Həzin nəğmələrdə yaşayan şəhər”, Həmid Alıyevin “Sumqayıt şəhərinin tarixi” kitabları əks etdirən “Yaş ötdükcə cavanlaşan Sumqayıt” adlı daimi sərgi haqqında xülasə verdi. Sonda tədbir iştirakçıları Sumqayıtın tarixi keçmişinə və bu gününə həsr olunmuş videoçarx izlədilər.