SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

21.01.2019-cu il tarixində İncəsənət şöbəsində Şəfiqə Axundovanın 95 illiyi münasibətilə “Şərqdə ilk opera yazan bəstəkar qadın” adlı şifahi məlumatlandırma keçirildi. Multimedia mütəxəssisi İskəndərova Məlahət oxuculara məlumat verərək bildirdi ki,1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşən Şöhrət Ordenli (2004), Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1973), Azərbaycan Respublikası Xalq artisti (1998) kimi adlara sahib olan Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. Yaradıcılığında müharibə illəri, kənd zəhmətkeşləri, Baki neftçiləri və usaqlara həsr olunmuş lirik mahnılar, romanslar yer tutub deyərək, oxucuları məlumatlandırdı, həmçinin onun yaradıcılığına həsr olunmuş kitablarla tanış etdi.