SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Xatirə gecəsi
16.01.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi “Dostluq” mədəniyyət evi və AYB-nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə xatirə gecəsi keçirdi. Tədbir Dövlət Himni ilə səsləndirilərək iştirakçıların birgə ifası ilə başlandı.Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri uşaq şöbəsinin müdiri Yeganə Hüseynova açaraq 20 yanvar faciəsindən bəhs etdi. Sonra tədbirin aparıcılıq missiyasını yerinə yetirmək üçün “Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədovanı dəvət etdi. O, öz növbəsində tədbir haqqında ümumu məlumat verdikdən sonra çıxış üçün sözü AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə, sonra isə yazıçı, ssenarist Hafiz İmamnəzərliyə verdi.Onlar iştirakçılara 20 yanvar faciəsinin dəhşətlərindən söhbət açdılar.Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri Aynur Kərimova, Ayan Ağayeva, İnci Hüseynzadə, Cavidan Mirzəzadə, Nuray Məmmədlinin ifasında S.Sarvanın “Qan”, N. Atsızın “Qəhrəmanlıq” və “Bu günün gənclərinə”, M. İlqarın “Vətən başa çox iş gələr”, R.Rzanın “And” şeirləri dinlənildi. ”Dostluq” mədəniyyət evində fəaliyyət göstərən “Dostluq” ansamblının ifasında səslənən muğam iştirakçılara xüsusi bir ovqat bağışladı. Gecədə tamaşaçı qismində 15 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir “Qanla yazılan tarix” başlığı altında nümayiş etdirilən sərgiyə baxışla sona yetdi.