SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

15.01.2019-cu il tarixində Gənclər kitabxanasında 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar 16 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə “Həyatın və ölümün dərsləri” adlı xatirə gecəsi keçirilmişdir. Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında başladı.Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə multimediya mütəxəssisi S. Əbdürrəhmanova açaraq 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. Həmin çətin günlərdə Vətəndən uzaqlarda olsa belə, öz millətinin, xalqının taleyinə biganə qala bilməyən ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilmiş, aparıcılar Asfaram Aysu, Abdurəhmanova Əsmayə tədbir boyu 20 yanvar hadisələrinə aydınlıq gətirmiş, Rəhimli Aysu, Cabbarova Nəzrin, Dadaşova Xədicə, Əliyeva Aliyənin təqdimatında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənmiş, Rəcəbli Hafizə 20 Yanvara həsr etdiyi şeirini səslənmişdir. 16 saylı tam orta məktəbin kitabxana müdiri Sudakət Əliyeva qeyd etdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günüdür. Sonda Gənclər kitabxanasının müdiri Sona Eminova 16 saylı tam orta məktəbin kollektivinə və rəhbərliyinə öz dərin dərin təşəkkürünü bildirmişdir.