SumgaitLibrary

+994 186520087


Qəhrəman günü

09.01.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin 60 illik yubileyi ilə əlaqədar olaraq Milli Qəhrəmanın adını daşıyan Sumqayıt şəhər 3 saylı orta məktəbdə “Cəsur pulemyotçu” adlı qəhrəman günü keçirdi.Tədbir torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda Mətləb Quliyevin keçdiyi qısa, şərəfli ömür yolundan söhbət açdı. Məktəbin hərbi hazırlıq müəllimi Mübariz Muradov belə tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynamasından danışdı. Şagirdlərin ifasında qəhrəmanlara, vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndi. Sonda Milli Qəhrəman Mətləb Quliyevə həsr olunmuş videoçarx nümayiş olundu.