SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

29.12.2018-ci il tarixində Gənclər kitabxanasında Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar oxucu fəallarının iştirakı ilə “Azərbaycan deyiləndə, ayağa dur ki...” adlı şeir dəqiqələri keçirilmişdir.Tədbirdə R. Bağırova çıxış edərək hər kəsi Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. Qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı - bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır. Azərbaycançılıq ideologiyasının təməl prinsiplərini açıqlayan R. Bağırova xüsusilə vurğuladı ki, azərbaycançılıq ilk növbədə doğma yurdun tarixi ənənələrinə arxalanır və ondan güc, qüvvət alır. Bayram tədbirində oxucu fəalları tərəfindən Azərbaycana, Vətənə həsr edilmiş şerlər səslənib, mahnılar ifa olunub.