SumgaitLibrary

+994 186520087


Bədii qiraət müsabiqəsi

22.12.2018-ci il tarixində Uşaq şöbəsində AXC-nin 100 illiyi ilə əlaqədar “Bu Vətən mənim anamdı” adlı bədii qiraət müsabiqəsi keçirildi. Əvvəlcə Uşaq şöbəsinin müdiri Y. Hüseynova iştirakçıları salamladı və bu il ərzində AXC-nin 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdən bəhs edərək bədii qiraət müsabiqəsinin yekun tədbir olduğunu qeyd etdi.Sonra tədbirdə münsiflər heyəti kimi iştirak edən “Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədova, yazıçı-publisist, ssenarist, Az Tv-nin əməkdaşı Hafiz İmamnəzərli, Sumqayıt Dövlət Dram Teatrınnın aktyoru, əməkdar artist İzaməddin Bağırov və AYB-nin Sumqayıt bölməsinin üzvü şair Mədaxil Cavadlını iştirakçılara təqdim etdi.Uşaqlar növbə ilə şeirlərini söylədilər.Münsiflər heyətinin nümayəndələri iştirakçıların hər biri haqqında öz fikirlərini söyləyərək qalibləri müəyyən etdilər. Onların yekdil rəyinə əsasən Mirzəyeva Sevda Cabir Novruzun “Azərbaycan, ötəcəyəm adını” adlı şeri ilə 1-ci yerə, Nəcəfov Rüstəm Əjdər Olun “İstiqlal”, Əkbərli Aylin Əjdər Olun “Azərbaycan” şerləri ilə 2-ci yerə, Bəşirli Aydan İsa İsmayılzadənin “Vətən”, Əhmədli Mədinə Nəriman Həsənzadənin “İstiqlal himni” şerləri ilə 3-cü yerə layiq görüldülər.Tədbirdə AXC-nin 100 illiyi ilə əlaqədar kitab və dövrü mətbuat materiallarından ibarət sərgi nümayiş etdirildi.