SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

20.12.2018-ci il tarixdə Gənclər kitabxanasında “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ili çərçivəsində “Tarixi zənginliklər diyarı” adlı informasiya saatı keçirilmişdir. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova Azərbaycanın qədim bölgəsi olan Naxçıvanın tarixi, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, iqtisadiyyatı, mədəniyyəti və digər sahələrindən ümumi məlumat verib və Muxtar respublikada əldə olunan uğurlardan, eyni zamanda bu gözəl diyarın Azərbaycan tarixində oynadığı roldan danışıb. Bildirib ki, çoxlu sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetirmiş bu diyar ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Vurğulamışdır ki, Naxçıvan təkcə İslam aləmi üçün deyil, bütün dünya xalqları üçün bəşəriyyətin ikinci yaradılış yeri hesab edilir və bu, onu cazibə mərkəzinə çevirir. Məhz buna görə də bir çox ekspertlərin fikrincə, bu gün Naxçıvan İslam mədəniyyətinin paytaxtı adına layiq olmaqla yanaşı, həm də sivilizasiyalararası dialoqun ideal mərkəzi kimi çıxış etməyə, dünya mədəniyyətinin mərkəzi olmağa layiqdir.