SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

19.12.2018-ci il tarixində İncəsənət şöbəsində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə tədbir keçirildi.Tədbiri İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq qəhrəmanın həyatından, keçdiyi döyüş yolundan geniş məlumat verdı. 26 saylı məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə aldığı “Uzaq sahillərdə” əsəri müzakirə olundu. Sonda 26 saylı məktəbin təşkilati işlər üzrə direktor müavini Arzu Şükürova çıxış edərək belə tədbirlərin keçirilməsinin gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasında böyük rolu olduğunu qeyd etdi.