SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
18.12.2018-ci il tarixində Gənclər kitabxanasında 9 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə tanınmış xanəndə, bəstəkar və pedaqoq Qulu Əsgərovun 90 illik yubileyi ilə əlaqədar “Şərqdə muğam dəstgahlarının ilk ifaçısı” adlı informasiya saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə xanəndənin yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, öz çıxışında Qulu Əsgərovun muğam dəstgahlarını yüksək peşəkarlıqla ifa etdiyini vurğulayıb. Qeyd edib ki, Qulu Əsgərov həm də xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb. Məcnun, İbn-Salam, Kərəm, Aşıq Qərib, Şah İsmayıl obrazları ifaçının aktyorluq məharətinin nümunələrindəndir. Onun lent yazıları AzTV-nin Fondunda qorunur. Xanəndənin yetirmələri muğam sənətində nailiyyətlər qazanaraq, ustadın ənənələrini davam etdirirlər.