SumgaitLibrary

+994 186520087


Qəhrəman günü

17.12.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 16 nömrəli tam orta məktəbin 10A sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şanlı ömrün əfsanəsi” adlı qəhrəman günü keçirildi. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətlər, qeyri-adi igidliklər hgaqqında məlumat verdi və təkcə vətənimizdə deyil, Yuqoslaviya, İtaliya, Fransa və b. Avropa ölkələrində də yenilməz qəhrəman kimi tanınan Mixaylonun – Mehdi Hüseynzadənin xalqımıza baş ucalığı gətirdiyini xüsusilə vurğuladı. Sonra tədbir iştirakçıları Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazan qeyri-adi rəşadətə, çevikliyə, zirəkliyə və böyük biliyə malik olan mərd azərbaycanlı partizanın həyatından bəhs edən sənədli film izlədilər.