SumgaitLibrary

+994 186520087


Məruzə

12.12.2018-ci il tarixində Gənclər kitabxanasında 31 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə Heydər Əliyevin anım günü ilə əlaqədar “Məşələ dönən ömür” adlı məruzə keçirilmişdir. Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri kitabxana müdiri Sona Eminova açaraq, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.O, öz çıxışında Heydər Əliyevin dünya səviyyəsində tanınan bir siyasətçi olduğunu qeyd edərək vurğulamışdır ki, Azərbaycan xalqının son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu qeyd edib. Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub. Tədbirdə Dahi Öndərə həsr olunan kitablar, sənədli materiallar, fotoşəkillərdən ibarət sərgi təqdim olunub