SumgaitLibrary

+994 186520087


Məlumat günü

11.12.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 38 nömrəli tam orta məktəbdə 2018-ci ildə kitabxananın fonduna daxil olmuş yeni ədəbiyyatların məlumat gününü keçirdilər. Məktəbin 3B və 5B sinif şagirdlərinin qatıldığı tədbirdə MUK-un multimedia mütəxəssisi Nəzakət Əliyeva fonda daxil olan yeni kitablar haqqında statistik rəqəmləri açıqlayaraq bildirdi ki, cari ildə kitabxanamıza 173 adda 297 nüsxə ədəbiyyat və daxil olmuşdur. Sosial-siyasi, hümanitar və iqtisadiyyat elmləri üzrə 4 kitab, fəlsəfə elmləri üzrə 2 kitab, 21 nüsxə məlumat nəşrləri, ensiklopediyalar, 262 kitab isə bədii ədəbiyyat üzrə, 289 nüsxə azərbaycan dililində, 2 nüsxə ingilis dilində, 6 nüsxə isə rus dilində olmuşdur. Daha sonra o, oxucuların diqqətinə səbəb olmuş kitabların qısa xülasəsini verdi. 38 nömrəli tam orta məktəbin mədəni işlər üzrə təşkilatçısı Mətanət Abdullayeva, ibtidai sinif müəlliməsi Sara Babayeva və İnformatika müəlliməsi Rəfiqə Sarıyeva uşaqlar üçün təşkil edilmiş yeni kitabların sərgisinə və kitabxana haqqında verilən məlumatlara görə MUK-un əməkdaşlarına təşəkkür etdilər və 2019-cu ildə də kitabxana ilə sıx əməkdaşlıq edəcəklərini vurğuladılar.