SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

11.12.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Veteran klubu” nun üzvlərinin iştirakı ilə “Sağlamlığı necə qorumalı? “adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə şərq təbabətinin məhsulları üzrə baş məsləhətçi Nabil Zeynalov orqanizmdə yağ mübadiləsinin yaxşılaşdırma üsullarından, ürəyin, qan təzyiqinin tənzimləmə yollarından, görmə qabiliyyətinin ,həzm sisteminin, qaraciyərin və dalağın funksiyalarının fəallaşdırılması və onların şərq təbabətinin köməyi ilə müalicə üsullarından geniş söz açdı. Dəyirmi masada klubun üzvləri fəal iştirak edərək geniş diskussiya apardılar.