SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
15.11.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında bir qrup fəal oxucunun iştitakı ilə Sumqayıt şəhərinin yaranma tarixi ilə əlaqədar “Zəhmətlə, əməklə ucalan şəhər” adlı informasiya saatı keçirildi. Kitabxananın multimedia mütəxəssisi Qənimə Baqişova qızıl hərflərlə yazılmış öz salnaməsi, əlamətdar hadisələrlə, əfsanələrlə dolu keçmişi olan Sumqayıt şəhərinin yaranma tarixi, Sumqayıt adlanan düzənlikdə şəhər salınmasının əsas səbəbləri, şəhərin inkişaf mərhələləri, onun beynəlxalq əlaqələri, Azərbaycan tarixi və iqtisadiyyatında, mədəniyyətində tutduğu mövqeyi, Sumqayıtı qurub-yaradan və talelərini Sumqayıt şəhəri ilə bağlayan tanınmış əmək adamları, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş sumqayıtlı şəhidlərin qəhrəmanlıqla dolu döyüş yolu haqqında qısa məlumat verdi. O, tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin 34 illik siyasi hakimiyyəti dövründə şəhərimizin sosial-iqtisadi, mədəni həyatının inkişafındakı müstəsna rolu, şəhərimizə tarixi səfərləri haqqında danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin varislik ənənəsinə sadiq qalaraq Sumqayıt şəhərinə və onun əhalisinə böyük diqqət və qayğısından bəhs etdi. Sonda Qənimə Baqişova Sumqayıtın tarixinə və bu gününə aid bir çox ədəbiyyatları (kitab, qəzet, jurnal və metodiki vəsaitləri) əks etdirən “Yaş ötdükcə cavanlaşan Sumqayıt” adlı daimi sərgi haqqında qısa xülasə verdi.