SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

14.11.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi Hüquqi yardım Resurs Mərkəzi ilə birlikdə Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “Mənim də hüquqlarım var” adlı informasiya saatı keçirmişdir. Tədbir Hüquqi yardım Resurs Mərkəzində 14 saylı məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə keçirildi. Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Z. Məmmədova iştirakçıları salamlayaraq hüquqşünas Ruslan Mustafazadəni onlara təqdim etdi.R. Mustafazadə şagirdlərə “Uşaq hüquqları Konvensiyası” və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” ndan bəhs edərək bildirdi ki, uşaqların cəmiyyətdə müdafiə olunması,müstəqil həyata hazırlanması, yüksək keyfiyyətlər ruhunda tərbiyə alması kimi məsələlər müddəaların əsasını təşkil edir.Cəmiyyət özü uşaqlara məhəbbətlə yanaşmalı, onların qabiliyyətlərinin üzə çıxarılmasına şərait yaratmalıdır. Lakin uşaqlar da cəmiyyətdə davranış qaydalarına əməl etmək, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə, mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix, mədəniyyət abidələrini, ətraf mühiti qorumaq kimi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyə borcludurlar. Sonra uşaq hüquqlarının pozulması zamanı onların bərpasını təmin edən dövlət orqanlarının fəaliyyətindən söhbət açaraq uşaqları maraqlandıran sualları ətraflı cavablandırdı.