SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

12.11.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında İngilis Dili Mərkəzi ilə birgə hər il 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində gələcəyimiz olan uşaqların maraqlarına və mənafelərinə xidmət edən “Uşaq hüquqları – bizim üçün qanun” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verdi. O, şagirdlərə BMT-nin 20 noyabr 1989-cu il tarixində qəbul etdiyi mühüm beynəlxalq sənədlərdən olan Uşaq Hüquqları Konvensiyasının müddəalarını izah edərək bu Konvensiyanın şərti olaraq dörd kateqoriyası – yaşamaq, inkişaf, iştirak və müdafiə kateqoriyaları barədə məlumat verdi. Sonra Səbinə Qasımova kitabxanada 2009-cu ildən təşkil edilmiş “Uşaq hüququ informasiya mərkəzi”nin fəaliyyəti haqqında danışaraq uşaqlar haqqında dövlət siyasəti, uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, vicdan, fikir və söz hüquqları haqqında məktəblilər arasında təbliğat, maarifləndirmə işindən bəhs edən kitablar haqqında da qısa xülasə verdi. Tədbir İngilis Dili Mərkəzi şagirdlərinin BMT-nin Uşaq Hüquqları Konvensiyası, eləcə də uşaqların hüquq və vəzifələri haqqında fikirlərini Azərbaycan, ingilis və rus dillərində bildiriən maraqlı diskussiyaları ilə davam etdi. Daha sonra çıxış edən İngilis Dili Mərkəzinin müdiri Gülnaz Quliyeva şagirdlərə uşaq hüquqlarının pozulması halları və bu pozuntulara qarşı mübarizə yollarını izah etdi. Tədbir uşaq hüquqlarından bəhs edən videoroliklərin və sosial çarxların nümayişi ilə yekunlaşdı.