SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

12.11.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi aylığı çərçivəsində “Uşaq hüquqları toxunulmazdır” başlıqlı dəyirmi masa keçirilmişdir. Tədbiri kitabxanaçı Sadıxova Ayna açaraq mövzu ilə əlaqədar oxuculara məlumat verdi. Kitabxananın oxucusu 34 saylı məktəbin 6b sinif şagirdi Nuri Məlahət uşaq hüquqları toxunulmazdır mövzusunda mühazirə etdi. Sonra söz 34 saylı məktəbin tarix, hüquq müəllimi, Azərbaycan Respublikasının İnsan Hüquqları müdafiə komitəsinin nümayəndəsi Müslüm Əsədova verildi. O mövzu ilə bağlı oxuculara geniş məlumat verdi,oxucuların suallarını cavablandırdı. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin uşaq hüquqları haqqında öz tövsiyələrini uşaqlara çatdırdı. Sonda tədbir iştirakçıları “İnsan hüquq və azadlıqları” başlıqlı sərgi ilə tanış oldular.Kitabxanaçı sərgidə olan materiallar haqqında oxuculara geniş məlumat verdi.