SumgaitLibrary

+994 186520087


Poeziya axşamı

08.10.2018-ci il tarixində M.Ə.Sabir adına kitabxana Gənclik klubu ilə birgə Dövlət Bayrağı Günü münasibətilə “Dalğalan bayrağım, ucal bayrağım“ adlı poeziya axşamı keçirmişdir. Tədbiri kitabxananın müdiri H.Pirimova açaraq tədbir iştirakçılarını salamladı və tədbiri dövlət himni ilə açıq elan etdi. Bütün iştirakçıların ifasında dövlət himni oxundu. Tədbiri aparmaq üçün şair Asif Asimana söz verildi. Kitabxananın fəal oxucusu gözəl qiraətçı Cəbrayılova Mələk ölməz şair Zəlimxan Yaqubun “Azərbaycan oxusun” şeirini ifa etdı. 39 saylı məktəbim müəllimi Həbibov Nicat çıxış edərək müstəqilliyimizin və bayrağımızın yaranması tarixı barədə maraqlı faktlarla məlumat verdi. Həvəskar qşıq İsayeva Aysun ifa etdiyi saz havaları ilə tədbirə xüsusi rəng qatdı. 9 № li məktəbin müəllimi şair Faiq Bayramov, şair Əliyar Mərdiyev, şairə Rəhilə Veysəlli Vətənə bayrağa həsr etdiyi bir neçə şeirlərini ifa etdilər. Oxuculardan Zalova Şəfəq, Bəşirzadə Nigar, Dərgahquliyev Fərid , Babazadə Nuray, Əliyeva Zəhra və Əliyev İbrahim Azərbaycan bayrağına, Vətənə həsr edilmiş gözəl şeirlər söylədilər şeirini ifa etdilər. Həvəskar aşıqlar Bayramov Səid, İsmayılov Fəqan, Mirzəyev Cəlil bir neçə saz havası ifa etdilər. Tədbir sazın sədaları altında sona yetdi. Sonda bütün iştirakçılarla xatirə şəkli çəkildi.