SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

07.11.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi Dövlət Bayrağı Günü ilə əlaqədar “Sən ey istiqlalımın əbədiyyət sancağı” adlı poeziya dəqiqələri keçirmişdir. Tədbir 15 saylı məktəbin 4-cü sinfində keçirildi. Uşaq şöbəsinin multimedia mütəxəssisi L. Muradova şagirdlərə Dövlət bayrağı günündən bəhs edərək bildirdi ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında Hökumətin sədri Fətəli xan Xoyskinin məruzəsi əsasında qəbul edilmişdir. Cümhuriyyətin Dövlət bayrağı 1920-ci ildə Aprel işğalı nəticəsində ləğv edilsə də, 1988-ci ildə Azərbaycan xalqının istiqlal mübarizəsi, Azadlıq hərəkatı başlandıqda, yenidən qaldırıldı.1990-cı il noyabrın 29-da “Azərbaycan SSR adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci il fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu. Sonra şagirdlər bayrağa, Vətənə həsr edilmiş müxtəlif şeirlər söylədilər