SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

07.11.2018-cı il tarixində Gənclər kitabxanasında Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar TET gimnaziyanın şagirdlərinin iştirakı ilə “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı poeziya dəqiqələri keçirilmişdir.Tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himni səslənməsi ilə başlanıb. Tədbirdə multimediya mütəxəssisi Əbdürrəhmanova Sürəyya çıxış edərək bildirib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüs H.Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Əbdürrəhmanova Sürəyya noyabr ayında qeyd olunan iki əlamətdar bayram – Dövlət Bayrağı Günü və Konstitusiya Gününün əhəmiyyətindən bəhs edib, H.Əliyevin mütərəqqi siyasi kursunun mahir davamçısı kimi Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiy-yətə malik olduğunu vurğulayıb.O, çıxışına davam edərək əlavə edib ki, 2010-cu ilin sentyabrın 1-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyev tərəfindən Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı da əlamətdar hadisə olub.Həmçinin TET gimnaziyanın dil-ədəbiyyat müəllimi Yıldız Gülşən möhtəşəmliyi ilə diqqəti cəlb edən Bayraq Meydanının hər bir Azərbaycan vətəndaşının qəlbində iftixar və qürur hissi oyatdığını vurğulamış, möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminliyini bildirmişdir. Sonra şagirdlər Bayrağa və Azərbaycana həsr edilmiş şeirlər səsləndirmiş, mahnı oxumuş, Bayraq gününə həsr edilmiş sərgi ilə tanış olmuşlar.