SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

06.11.18-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda ”Uşaqların Payız sevinci” adlı ədəbi-bədii gecə keçirilmişdir. Böyük mütəxəssis Səadət Allahverdiyeva gecəni açaraq hamını salamladı, tədbir haqqında iştirakçılara geniş məlumat verdi. Sonra söz oxuculara verildi. 28 saylı məktəbin 1ç sinif şagirdləri payız fəslinə həsr olunmuş şeirlərdən nümunələr söylədilər. 64 saylı “Novruzgülü” uşaq bağçasının balaca fidanları “Çətir” rəqsini ifa etdilər. Daha sonra onlar “Meşənin payız nağılı” səhnəciyini nümayiş etdirdilər. Balacalar öz şeir, mahnı töhfələrini də iştirakçılara nümayiş etdirdilər. AYB-nın Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, KK-nın müdiri Zərnigar Babayeva uşaqları Payız bayramı münasibəti ilə təbrik etdilər, onlara uğurlar arzuladılar. Böyük mütəxəssis Səadət Allahverdiyeva mövzu ilə bağlı təşkil olmuş sərgi haqqında da tədbir iştirakçılarına məlumat verdi. Payız bayramı iştirakçıların marağına səbəb oldu.