SumgaitLibrary

+994 186520087


Bədii qiraət müsabiqəsi

05.11.2018-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin MKS-ləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Ən qiymətli sərvətimiz Vətəndi" adlı bədii qiraət müsabiqəsi keçirildi. Təsisçi Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Kitabxanadır. 2 turdan ibarət olan müsabiqənin I turu oktyabr ayının sonunda keçirilmişdir. Dövlət Bayrağı Günü ərəfəsində isə yekun tur keçirildi. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər bölməsinin sədri Gülnarə Cəmaləddin, MİHİ Sumqayıt bölməsinin əməkdaşı Tamara Axundova və S.Vurğun adına Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadədən ibarət Münsiflər heyəti tərəfindən bədii qiraətçilərin çıxışı dinlənildi və qaliblər müəyyənləşdirildi. Belə ki, münsiflərin yekun rəyinə görə müsabiqədə 1-ci yerə Xəlilova Roza, Allahverdiyeva Nurgün, Qurbanova Mehrəngiz, Qafarlı Mətanət, Cəfərli Zümrüd, II yerə Cəbrayılova Mələk, Mehdizadə Aysur, Qafarova Ləman, Məmmədli Nuray, III yerə Yusifzadə Yusif, Dərgahquliyev Fərid layiq görüldü. Qaliblər və fərqlənənlər Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər kоmitəsi tərəfindən mükafatlandırıldılar.