SumgaitLibrary

+994 186520087


Ekskursiya

02.11.2018-ci il tarixində kitabxana fondunun təbliği ilə əlaqədar 14 saylı məktəbin şagirdlərinin Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinə “Biz kitaba səs veririk” adlı ekskursiyası təşkil edilmişdir. Ekskursiyada 14 saylı məktəbin 7-ci sinif şagirdləri iştirak etdilər.Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Z.Məmmədova şagirdlərə kitabxananın fondu, kataloqu, kartotekası, oxu zalı və abonement şöbələri haqqında geniş məlumat verərək onları nağıl otağı, ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar “Xalqa bəxş edilmiş ömür”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş “Güclü lider-güclü dövlət”, vətənpərvərliyin təbliği ilə bağlı “İgidlər ölməz,Vətən bölünməz”, Sumqayıt şəhərinin tarixi ilə bağlı “Mənim ümid şəhərim”, oxucuların rəsm və əl işlərindən ibarət “Bizim rənglər dünyamız”, “Payız mozaikası”, fondun təbliği ilə əlaqədar “Balalara hədiyyə”, “Fonda daxil olan ədəbiyyat”, AXC-nin 100 illiyi ilə əlaqədar təşkil edilmiş “İstiqlala aparan yol” adlı sərgilərilə tanış etdi. Sonda 14 saylı məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini İlkin Əliyev şagirdlərin mütaliəyə marağının artmasında mühüm rol oynayan kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.