SumgaitLibrary

+994 186520087


Müzakirə

31.10.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana 5 nömrəli tam orta məktəbdə İsa Hüseynovun 90 illik yubileyi ilə əlaqədar “Zəhər”, “Şinel”, “Şapalaq” hekayələrinin müzakirəsini keçirdi.Tədbiri giriş sözü ilə Abonement şöbəsinin multimedia mütəxəssisi Seyidnurova Xəyalə açaraq İsa Hüseynovun həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.O vurğuladı ki, müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. Eyni zamanda nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub. Sonra İsa Hüseynova həsr edilmiş slayd nümayiş etdirildi. Məktəbin şagirdlərindən Əbişova Aytac “Zəhər”, Nəzərli Aynur “Şinel”, Məmmədzadə Aydan “Şapalaq” hekayələrinin qısa məzmununu danışdılar. Sonra “ Mirqasım kişinin təbiətə sevgisini necə dəyərləndirirsiz?”, “Əsərin adını yazıçı niyə zəhər qoyub?”, “Şinel hekayəsinin ideyası nədir?”, “Samirə surətini necə dəyərləndirirsiz?” kimi suallar ətrafında maraqlı müzakirə getdi. Sonda Seyidnurova bütün iştirakcılara öz təşəkkürünü bildirdi.